Sumqayıtda əməliyyat keçirilib - “Doktor Vüqar” saxlanılıb

Xəbərlər

27.08.2021 - 17:26

Narkotik alverçisi Vüqar Həmzəyev şəhər ərazisində tutulub

 

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş “Doktor” ləqəbli narkotik alverçisi Vüqar Həmzəyev şəhər ərazisində tutulub.

 

AYNA-nın APA-ya istinadən məlumatına görə, onun üzərinə keçirilən baxış zamanı 14 qrama yaxın metamfetamin (“patı”) və 5 qram heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxs izahatında narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduğunu etiraf edib.

 

Daha əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş Rauf Mehdiyev və Rüstəm İsgəndərov polis əməkdaşları tərəfindən saxlanılıb. R. Mehdiyevin üzərindən heroin, R. İsgəndərovdan isə 123 qram heroin və 112 qram metamfetamin aşkar edilərək götürülüb.

 

Faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar.

 

Müəllif: Ayna.az