Oktay Gülalıyevdən yeni xəbər var

Xəbərlər

01.11.2019 - 14:54

Hazırda xəstənin vəziyyəti ağır stabil olaraq qalır

 

Hüquq müdafiəçisi Oktay Gülalıyev əməliyyat olunduğu "City Hospital"dan Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. 

 

AYNA-ya bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, bu gün saat 12:00 radələrində Oktay Gülalıyevin ailə üzvləri xəstənin Respublika Neyrocərrahiyyə Xəstəxanasına keçirilməsini xahiş ediblər.: ""City Hospital"da cərrahiyyə əməliyyatını icra edən həkimlər Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkimləri olduğundan, ailə üzvləri Gülalıyevin həmin həkimlərin nəzarəti altında olmasını istəyiblər. Bu səbəbdən də saat 14.35-də Oktay Gülalıyev City Hospitaldan Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb".

 

"Hazırda xəstənin vəziyyəti ağır stabil olaraq qalır", - deyə məlumatda qeyd olunub.

 

Xatırladaq ki, O.Gülalıyev 30 oktyabr tarixində piyada keçidindən keçərkən, “90-PZ-543” dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil tərəfindən vurulub. 31 oktyabrda isə “City Hospital”da beyin əməliyyatı keçirib. 

Müəllif: Ayna.az