“Sülh çeşməsi” əməliyyatının keçirildiyi bölgədə 23 nəfər mülki şəxs həyatını itirib

Dünya

05.12.2019 - 16:43

Həkimlər Klinikalar SEO Xidməti

PKK terror təşkilatı və onun törəmələri tərəfindən Suriyanın şimalında həyata keçirilən terror aktlarının fəsadları 

 

Türkiyə Suriyanın şimalında xalqın həyat standartını yaxşılaşdırmağa çalışdığı halda, insanlıq düşməni olan PKK/YPG terror təşkilatı günahsız vətəndaşlara hücumlar təşkil edərək bölgədə yaradılmağa çalışılan güvən və sabitlik mühitini pozmağa çalışır.

 

AYNA xəbər verir ki, qanla qidalanan PKK/YPG terror təşkilatı tərəfindən “Sülh çeşməsi” əməliyyatının keçirildiyi bölgədə və yurd içində 9 oktyabrdan bəri 45 mülki şəxs öldürüb, 244 nəfər yaralanıb.

 

Türkiyə Müdafiə Nazirliyinin rəsmi “twitter” səhifəsində yayılan açıqlamada Türkiyə Silahlı Qüvvələrinin mübarizəsinin terrorçulara qarşı olduğu və dinc əhalinin hədəf alınmadığı vurğulanaraq qeyd edilib ki, 9 oktyabrdan bu yana “Sülh çeşməsi” əməliyyatının keçirildiyi bölgədə PKK/YPG terrorçuları tərəfindən birbaşa dinc əhalinin hədəf alındığı partlayıcı qurğuların olduğu nəqliyyat vasitələri ilə törədilən terror aktlarında 23 günahsız mülki şəxs həyatını itirib, 55 nəfər isə yaralanıb.

 

“Ölkə daxilinə top mərmisi və raketlə edilən hücumlar nəticəsində isə 22 günahsız vətəndaşımız öldürülüb,189 vətəndaşımız yaralanıb”, - deyə qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş