Ölənlər arasında mülki şəxslərlə yanaşı, hərbçilər var
Sudanda xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmalarda ölənlərin sayı 56-ya çatıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin Həkimlər Komitəsi məlumat yayıb.
Qeyd olunub ki, təkcə Xartumda 25 nəfər həlak olub, 302 nəfər yaralanıb. Ölənlər arasında mülki şəxslərlə yanaşı, hərbçilər var.
Qeyd edək ki, xüsusi təyinatlılar vahid orduya birləşmək ideyasını dəstəkləmir. Aprelin əvvəlində tərəflər arasında imzalanmalı olan müqavilə fikir ayrılıqları səbəbindən iki dəfə təxirə salınıb. Aprelin 12-dən 13-nə keçən gecə Sudan ordusu Merove şəhərini tərk etmələri barədə xüsusi təyinatlılara ultimatum irəli sürüb.