Sudanda silahlı qarşıdurma zamanı 129 nəfər ölüb

Dünya

19.01.2021 - 09:27

Ölənlərin sayının artacağı istina edilmir

 

Sudanın Qərbi Darfur vilayətində yerləşən Geneyna şəhərində baş verən silahlı qarşıdurma zamanı 129 nəfər ölüb, 198 nəfərin yaralanıb. 

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, vilayətin həkimlər komitəsinin açıqlamasına görə, ölənlərin sayının artacağı istina edilmir.

 

Qeyd edək ki, tərəflər arasında yaranan silahlı insidentə səbəb şənbə günü şəhər sakininin qətlə yetirilməsi olub.

Müəllif: Ayna.az