Sudanda dövlət çevrilişinə cəhd edən hərbçilər saxlanılıb

Dünya

06.02.2024 - 15:36

cedabet dərman SEO Xidməti

Briqada generalı və komandirin həbsinə hazırlıq gedir

Sudan hərbi kəşfiyyatı çevriliş hazırlayan zabitləri saxlayıb. AYNA xəbər verir ki, bu barədə “Al Sudani” mənbələrə istinadən məlumat yayıb.

Saxlanılan polkovnik, polkovnik-leytenant və mayor Omdurman şəhərində əməliyyat şöbəsində xidmət edirlər. Mənbənin sözlərinə görə, hazırda Sudanda briqada generalı və komandirin həbsinə hazırlıq gedir.

“Bu zabitlərin əsgərlərlə, ehtiyatda olanlarla, insanlarla yaxşı münasibəti var. Onların işlədiyi müddətdə biz bir dəfə də olsun göstərişin pozulmasına, çevriliş çağırışlarına rast gəlmədik”, - mənbə bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş