“Alyansa üzv ölkələrin birliyini qorumaq üçün hər cür səy göstərilməlidir”
NATO-nun baş katibi Yens Stoltenberq Alyansı tarixin ən uğurlu birliyi adlandırıb. Bundan əlavə, baş katib mövcud birliyi qorumaq üçün mümkün varisinə müraciət edib. AYNA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
“NATO tarixin ən uğurlu ittifaqıdır. Çünki fərqliliklərə, fərqli siyasi partiyalara, fərqli coğrafiyalara, Atlantik okeanının hər iki tərəfindəki tarixə baxmayaraq, biz əsas məqsəd üçün birləşə bildik”, - Stoltenberq bildirib.
Onun sözlərinə görə, Alyansa üzv ölkələrin birliyini qorumaq üçün hər cür səy göstərilməlidir.