SOCAR-ın adından yalan məlumat yayan saytla bağlı <font color=red> AÇIQLAMA</font>

Xəbərlər

07.02.2021 - 14:15

Həkimlər Klinikalar SEO Xidməti

“Vətəndaşlara saxta qazanc imkanı təklif olunur”

 

“SOCAR-ın korporativ nüfuzundan sui-istifadə etmək məqsədi ilə naməlum şəxslər tərəfindən internetdə “socar.space” ünvanında açılmış saytın mobil versiyasında SOCAR haqqında saxta və həqiqətə uyğun olmayan məlumatlar yerləşdirilib”. AYNA xəbər verir ki, bu ifadələr Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) yaydığı məlumatda əksini tapıb.

 

Bildirilib ki, səhifə Azərbaycan vətəndaşlarının şəxsi məlumatlarını əldə etmək məqsədini güdür. Bunun müqabilində vətəndaşlara saxta qazanc imkanı təklif olunur.

 

“SOCAR tam qətiyyətlə “socar.space” saytı ilə heç bir əlaqəsi olmadığını, internetdə insanlara bu cür qazanc təklifi etmədiyini bildirir. Araşdırma aparıldıqdan sonra saytı yaradan şəxslərə qarşı müvafiq hüquqi tədbirlər görüləcək”, - deyə məlumatda vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş