Almaniyadan Azərbaycana haker hücumu

Xəbərlər

15.10.2019 - 16:07

Həkimlər Klinikalar SEO Xidməti

Ruslan Bəşirli: “Türkiyənin həyata keçirdiyi “Sülh çeşməsi” əməliyyatına dəstək verdiyimiz üçün hücuma məruz qaldığımızı güman edirik”

 

“Dünəndən etibarən Avropa.info saytı mütəmadi olaraq haker hücumuna məruz qalır. Dünən saytın fəaliyyətində 7 saat fasilə yaşandı. Axşam saatlarında saytın fəaliyyətini bərpa edə bildik. Bu gün isə, təqribən 30 dəqiqə öncə yenidən hücumlar başladı və saytın fəaliyyəti dayandı”.

 

Bu barədə AYNA-ya sözügedən saytın rəhbəri Ruslan Bəşirli məlumat verib. “Sayta kiber hücumların mənbəyi də məlumdur. Texniki heyət hücumların Almaniyadan edildiyini deyir. Biz bu hücumların Türkiyənin həyata keçirdiyi “Sülh çeşməsi” əməliyyatına tam dəstək verdiyimiz üçün həyata keçirildiyini güman edirik”, - Bəşirli bildirib.

“Məlumdur ki, dünəndən etibarən Türkiyənin həmin əməliyyatına dəstək verən bir çox ölkələrdə bəzi media resurslarına da eyni tipli hücumlar təşkil edilib. Biz də əməliyyat başlayandan informasiyalar yayır, video-görüntülər paylaşırıq. Güman edirik ki, haker hücumlarının səbəbi bu ola bilər. Hücumların mənbəyinin Almaniya olması da bu ehtimalımızı gücləndirir”, - sayt rəhbəri əlavə edib.

Müəllif: Ayna.az