Slovakiya döyüş təyyarələrini Ukraynaya təhvil verib

Dünya

17.04.2023 - 12:28

cedabet dərman SEO Xidməti

Kiyevin 13 MiQ qırıcısının hamısını qəbul etdiyi bildirilir

Slovakiya vəd etdiyi hərbi təyyarələri Ukraynaya təhvil verib. AYNA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Slovakiya Müdafiə Nazirliyi məlumat yayıb.

Kiyevin 13 MiQ qırıcısının hamısını qəbul etdiyi bildirilir.

Bundan əvvəl Rusiya Slovakiyanı Ukrayna tərəfinə MiQ-29-ların tədarükü ilə bağlı müqavilələri pozmaqda ittiham edib. Xüsusilə, söhbət 29 aprel 1997-ci il tarixli hərbi-texniki əməkdaşlıq haqqında sazişdə əksini tapmış Rusiya silahlarının reeksportu üzrə öhdəliklərdən gedir.

Bratislavanın Kiyevə ilk MiQ-29 qırıcılarını göndərməsi faktı martın 23-də açıqlanıb. Sonra qeyd olunub ki, tədarük müqabilində Slovakiya 900 milyon dollar məbləğində təzminat alacağını gözləyir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş