Siyəzəndə qəza: iki nəfər ölüb

Hadisə

02.02.2026 - 17:23

“Chevrolet” hərəkətdə olan yük avtomobilinə çırpılıb

Bakı-Quba-Rusiya Federasiyası sərhədi ödənişli avtomobil yolunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, “Chevrolet” markalı avtomobil yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində eyni istiqamətdə hərəkətdə olan yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində avtomobildə olan iki sərnişin ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş