Terrorçular Türkiyənin şimalına basqın edib

Hadisə

05.08.2019 - 22:58

Üç ölü, üç yaralı

 

Dünən gecə saatlarında YPG və PKK-nın birləşmiş qüvvələri Türkiyənin şimalına basqın etməyə çalışıblar. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Azad Suriya Ordusunun (ASO) cəbhə bölgəsini ələ keçirməyə çalışan terrorçular müvəffəqiyyət əldə edə bilməyiblər.

 

Terrorçularla qarşıdurma yaşayan ASO üzvüləri, terror təşkilatının hücum cəhdini dəf etməyi bacarıb. İnsident nəticəsində ASO üzvülərindən 3-nün həyatını itirdiyi, 3-də yaralandığı qeyd olunub.

Müəllif: Ayna.az