Sinoptiklərdən <font color=red> XƏBƏRDARLIQ</font>

Xəbərlər

01.04.2021 - 14:42

Qərb rayonlarında dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı gözlənilir

 

Sinoptiklər ölkə ərazisində gözlənilən yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər.

 

Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, aprelin 2-si axşam şimal və qərb rayonlarından başlayaraq aprelin 3-ü axşamadək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, qərb rayonlarında dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır.

 

Qərb küləyi əsəcək, aprelin 2-dən 4-dək bəzi yerlərdə arabir 18-23 metr/saniyəyədək güclənəcək. Çaylarda sululuğun artacağı bildirilir.

Müəllif: Ayna.az