Əhaliyə 31 oktyabr xəbərdarlığı

Xəbərlər

30.10.2019 - 14:16

Hava şəraitinin dəyişəcəyi, küləkli və yağışlı olacağı, temperaturun bir qədər aşağı enəcəyi gözlənilir

 

Bakıda və Abşeron yarımadasında oktyabrın 31-də arabir yağış yağacağı gözlənilir. AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, gecə və səhər yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var.

 

Gün ərzində şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14, gündüz 15-18, Bakıda gecə 12-14, gündüz 16-18 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

 

Azərbaycanın rayonlarında

 

Oktyabrın 31-də gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında yağışın intensivləşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-14, gündüz 17-22, dağlarda gecə 3-7, gündüz 8-11 dərəcə isti təşkil edəcək.

 

Tibbi-meteoroloji proqnoz

 

Oktyabrın 31-də Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, küləkli və yağışlı olacağı, temperaturun bir qədər aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Müəllif: Ayna.az