“Ölkələr arasında münasibətlər iki düşmən və müharibə edən dövlət arasında olduğu kimidir”
Şimali Koreya lideri Kim Çen In ölkəsinin Konstitusiyasından Cənubi Koreya ilə sülh yolu ilə birləşmə maddəsinin çıxarılmasını təklif edib. AYNA xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.
Kim Çen In Şimali Koreya Ali Xalq Məclisinin iclasında bildirib ki, Şimali və Cənubi Koreya arasında münasibətlər iki düşmən və müharibə edən dövlət arasında olduğu kimidir: “Bununla əlaqədar olaraq, mən hesab edirəm ki, Şimali Koreya Konstitusiyasının bəzi müddəalarına yenidən baxmaq lazımdır”.
Kim Çen dinc birləşmə prosesinə cavabdeh olan şöbələri ləğv etdiyini xatırladıb.
Nəşr qeyd edir ki, Kim Çen Inın bəyanatları Pxenyana qarşı sərt mövqe tutan Cənubi Koreyanın mühafizəkar Prezidenti Yun Seok-yeola təzyiqdir. Jurnalistlərin fikrincə, KXDR lideri Cənubi Koreyada keçiriləcək parlament seçkilərinə Pxenyanla yaxınlaşmanı müdafiə edən daha mötədil partiyaların xeyrinə təsir göstərməyə çalışır.
Bundan əvvəl Kim Çen In Cənubi Koreyanı “düşmən dövlət” adlandırmışdı. O nüvə müharibəsinin qarşısının alınması və müdafiə qüvvələrinin gücləndirilməsinə prioritet diqqət yetirməyə çağırıb. Kim Çenin bu bəyanatı Şimali Koreyanın artilleriya təlimləri fonunda verib.