Nar yükünün altında gizlədilən qəlyan üçün tütün aşkarlanıb
Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan pomidor, limon və nar yüklü vaqona Şimal Ərazi Baş Gömrük İdarəsinin "Yalama" gömrük postunda baxış keçirilib.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumata görə, yoxlama zamanı 24 ədəd nar yüklü qutunun altından gömrük nəzarətindən gizlədilən şüşə və dəmir qablarda müxtəlif markalı, ümumilikdə 1798 ədəd qəlyan üçün tütün aşkarlanıb.
Hazırda faktla bağlı araşdırma aparılır.