Şəkidə yanğın olub

Hadisə

13.11.2019 - 19:38

Talvarın yanar konstruksiyaları və altında 4 ton ot yanıb

 

Şəki şəhərinin Çayqaraqoyunlu kəndində yanğın olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, ümumi sahəsi 60 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 12 ton ot bağlamasının 4 tonu yanıb.

 

Ot bağlamalarının qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az