Gədəbəydə zəncirvari qəza baş verib

Hadisə

15.07.2019 - 03:57

Gədəbəydə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. AYNA qafqazinfo-ya istinadən xəbər verir ki, qəza rayonun Zəhmət kəndində qeydə alınıb.

 

Belə ki, Arıqıran kənd sakini "Niva" markalı avtomobillə hərəkətdə olarkən "Qazel" markalı yük maşınına çırpılıb, daha sonra "Vaz 2107" və "Vaz 21015" markalı avtomobillərə dəyib.

 

Qəza zamanı "Niva"nın sürücüsü və onun iki azyaşlı övladı xəsarət alıb. Yaralılar Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib.

Müəllif: Ayna.az