Jurnalistin paylaşdığı videoda 13 yaşlı qızın 28 yaşlı kişi ilə yan-yana oturduğu və kəbinləri kəsildiyi görünür
İranda özündən 15 yaş böyük kişiyə ərə verilən 13 yaşlı qızın toy görüntüləri sosial mediada yayılıb.
AYNA xarici mediaya istinadən xəbər verir ki, görüntüləri jurnalist Masih Alinejad paylaşıb.
Jurnalistin paylaşdığı videoda 13 yaşlı qızın 28 yaşlı kişi ilə yan-yana oturduğu və kəbinləri kəsildiyi görünür.
Jurnalist daha sonra isə qeyd edib ki, onun bu paylaşımlarının ardından sözügedən toy təxirə salınıb.
"Budur sosial medianın gücü. Ancaq hüquqi sistem hələ də kişilərin azyaşlı uşaqlarla evlənməsinə icazə verir. Bu arada, mən bu videonu paylaşdıqdan sonra 13 yaşlı qızla evlənməyə çalışan "bəy" mənə təhdidlər yağdırdı", - deyə qeyd edib.