Ölən və yaralananların olması ilə bağlı məlumat verilməyib
Çilidə 6.3 bal gücündə zəlzələ baş verib. AYNA xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) məlumat verib.
Məlumata görə, 51 kilometr dərinlikdə baş verən zəlzələnin episentrinin Tokopillo şəhərindən 83 kilometr şimal-şərqdə olduğu açlıqlanıb.
Zəlzələ nəticəsində elektrik enerjisinin kəsilməsi və torpaq sürüşməsi təhlükəsizlik kameralarına əks olunub. Hadisə nəticəsində ölən və yaralananların olması ilə bağlı məlumat verilməyib.