Şiddətli külək milyonlarla insanın evakuasiyasına səbəb olub

Dünya

20.05.2020 - 16:25

cedabet Klinikalar SEO Xidməti

Sosial uzaqlaşdırma tədbirləri kütləvi evakuasiyanı hakimiyyət orqanları üçün daha da çətinləşdirib

 

Şiddətli külək və yağış Hindistanın və Banqladeşin şərq hissələrini zərbə altında qoyub. AYNA xarici mediaya istinadən xəbər verir ki, Benqal körfəzində başlayan fırtına ərəfəsində milyonlarla insan təxliyə edilib.

 

Koronavirusla mübarizə və sosial uzaqlaşdırma tədbirləri kütləvi evakuasiyanı hakimiyyət orqanları üçün daha da çətinləşdirib. Hindistanın Hava Proqnozu İdarəsinin məlumatına görə, güclü külək, siklonun davam etməsi gözlənilir. 1999-cu ildən bəri bölgədəki ilk dəfə baş verən güclü siklon, fırtına sürətinin, güclü selə səbəb olacağı proqnozlaşdırılır.

 

Ötən gündən başlayan kəskin hava dəyişikliyi Hindistan-Banqladeş sərhədi ətrafındakı Sundarbans bölgəsinə zərbə vurub, fırtına və yağış Qərbi Benqal əyalətindəki Kolkata şəhərinin yaxınlığında Şimal və şimal-şərqə doğru irəliləyəyir. Ardınca Banqladeş, Butan ərazisində güclü yağış, sel gözlənilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş