Səudiyyə daha bir cəza növünü ləğv edir: Qamçılamayacaqlar

Dünya

20.05.2020 - 11:35

cedabet Klinikalar SEO Xidməti

Ədliyyə naziri ölkə məhkəmələrinə müraciət edib

 

Səudiyyə Ərəbistanının Ədliyyə naziri Vəlid əs-Samani qamçılanma cəzasının aradan qaldırılması üçün ölkə məhkəmələrinə müraciət edib. AYNA xəbər verir ki, bu barədə ərəb mətbuatı məlumat yayıb.

 

Samani qamçılanma əvəzinə həbs, pul, yaxud, səlahiyyətli orqanlar tərəfindən təyin ediləcək alternativ cəzalar üçün göstəriş verildiyini bildirib.

 

O, qamçı cəzasının iki növü olduğunu, bunlardan birinin şəri (şəriyət) hökmlərində yer aldığını, digərinin isə davranış, intizam və ya cinyaət işlənməsinin qarşısını almaq üçün ölkə qanunlarda keçdiyini və şəriyət hökümləri ilə bağlı olmadığı üçün ləğv edilə biləcəyini vurğulayıb.

 

Nazir bu cür cəza növlərinin insan hüquqları təşkilatları tərəfindən bəyənilmədiyini və insan haqlarına zidd olduğunu da xatırladıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş