Serbiya müxalifəti seçkilərin nəticələrinə etiraz aksiyalarını bərpa edib

Dünya

17.01.2024 - 15:29

cedabet dərman SEO Xidməti

“Serbiya Zorakılığa Qarşı” Alyansı yenidən səsvermənin nəticələrinin ləğvini və təkrar seçkilərin keçirilməsini tələb edib

Serbiya müxalifəti parlament seçkilərinin nəticələrinə və Serbiyanın hazırkı Prezidenti Aleksandr Vuçiçə qarşı etiraz aksiyalarını bərpa edib. AYNA xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Məlumata görə, yanvarın 16-da bir neçə min insan dekabrın 17-də keçirilən parlament seçkilərinin nəticələrinə etiraz olaraq Belqradda yenidən küçələrə çıxıb. Etirazçılar hakim Serb Tərəqqi Partiyasının qələbəsindən narazılıqlarını bildiriblər.

Müxalifətin “Serbiya Zorakılığa Qarşı” Alyansı yenidən səsvermənin nəticələrinin ləğvini və təkrar seçkilərin keçirilməsini tələb edib.

Müxalifət lideri Marinika Tepiç "bütün planet oğrunun oğurluq edərkən tutulduğunu bilir" deyib.

Qeyd edək ki, ötən ilin 18 dekabrında “Serbiya Zorakılığa Qarşı” Alyansının tərəfdarları “Aleksandr Vuçiç - Serbiya Dayanmamalıdır” koalisiyasının (hakim Serb Tərəqqi Partiyasını və bir sıra digər siyasi qüvvələri birləşdirən) qələbəsinə etiraz etmək üçün küçələrə çıxıblar. Müxalifət liderləri səsvermənin nəticələrinin ləğvini tələb edərək aclıq aksiyasına başlayıblar.

Dekabrın 25-nə keçən gecə etirazçılar Belqradın mərkəzi küçələrini bağlayıb və şəhər administrasiyasının binasına basqın etməyə cəhd ediblər. Buna cavab olaraq polis gözyaşardıcı qazdan istifadə edib və etirazçıları dağıdıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş