SEPAH-ın keçmiş komandiri: “İsrail bir neçə cəbhədə müharibə aparmalı olacaq”

Dünya

11.01.2024 - 17:18

cedabet dərman SEO Xidməti

"Yaxın günlərdə biz Qəzza zolağında münaqişənin bir neçə cəbhədə genişlənəcəyini görəcəyik"

“İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında əməliyyatı genişlənərsə, İsrail bir neçə cəbhədə müharibə ilə üzləşəcək”. AYNA “Al Arabiya” telekanalına istinadən bildirir ki, bu sözləri İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandiri Möhsün Rezai deyib.

"Yaxın günlərdə biz Qəzza zolağında münaqişənin bir neçə cəbhədə genişlənəcəyini görəcəyik", - təqaüddə olan hərbçi deyib.

Bundan əvvəl İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib ki, İsrailin Qəzza zolağındakı hərəkətləri Yaxın Şərqdə müharibənin miqyasının qaçılmaz şəkildə genişlənməsinə gətirib çıxarır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş