Selçuk Bayraktar “Qarabağ ordeni” ilə təltif edilib

Xəbərlər

01.04.2021 - 16:14

“Həqiqətən də bu, mənim üçün böyük bir qürur və şərəfdir”

 

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar “Qarabağ ordeni” ilə təltif olunub.

 

AYNA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də və “ASELSAN” şirkətinin idarə heyətinin rəhbəri və baş direktoru Haluk Görgünü qəbul edərkən Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin gücləndirilməsinə, əməkdaşlığın inkişafına, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətindəki haqq işinə verdiyi töhfəyə görə Selçuk Bayraktarın “Qarabağ ordeni” ilə təltif edildiyini bildirib və ordeni Selçuk Bayraktara təqdim edib.

 

Bu yüksək mükafata görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Selçuk Bayraktar deyib: “Həqiqətən də bu, mənim üçün böyük bir qürur və şərəfdir”.

 

Müəllif: Ayna.az