Paytaxt sakinlərinə müraciət olunur

Xəbərlər

16.09.2019 - 10:55

“Sıxlığın qarşısını almaq üçün ictimai nəqliyyatdan istifadə edək”

 

Bakı Nəqliyyat Agentliyi (BNA) yeni tədris ilinin başlanması ilə əlaqədar əhaliyə müraciət edib. Qurumun mətbuat xidmətindən AYNA-ya daxil olan məlumatda deyilir:

 

“Yeni dərs ilinin ilk günü ilə bağlı paytaxt Bakıda küçə və prospektlərdə, təhsil müəssisələrinin qarşısında sıxlıq yarana bilər. Sıxlığın qarşısını almaq üçün ictimai nəqliyyatdan istifadə edək”.

 

Qeyd edək ki, bu gün Azərbaycanda 2019-2020-ci tədris ilinin ilk dərs günüdür.

Müəllif: Ayna.az