Şəhid polkovnikin adına səhifə açaraq insanlardan pul istəyən şəxs saxlanılıb

Cəmiyyət

28.10.2021 - 16:13

Həkimlər Klinikalar SEO Xidməti

Baş İdarəyə gətirilən həmin şəxs “sehid_polkovnik_babek_semidli” adlı səhifə yaratdığını etiraf edib

Vətən müharibəsi şəhidi, polkovnik Babək Səmidlinin adından “Instaqram” sosial şəbəkəsində saxta səhifə açıb insanların etibarından sui-istifadə edərək pul yığılması ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) edilən çoxsaylı müraciətlər əsasında araşdırmalara başlanılıb. Bu barədə AYNA-ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, bununla əlaqədar həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində müəyyən edilib ki, həmin səhifə Bərdə rayon sakini, yetkinlik yaşına çatmadığına görə şərti adı Amal Şirinzadə olan şəxs tərəfindən yaradılıb.

Saxlanılaraq Baş İdarəyə gətirilən həmin şəxs sosial şəbəkədə “sehid_polkovnik_babek_semidli” adlı səhifə yaratdığını etiraf edib.

Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs səhifədə şəhidlərin adına ehsan veriləcəyi ilə bağlı elan yerləşdirərək izləyicilərdən pul toplayıb. Amal Şirinzadə yardım məqsədi ilə ona müraciət edən sosial şəbəkə istifadəçilərinə bank kartı göndərərək pulun ora köçürülməsini tələb edib. Daha sonra o, pulları kartdan çıxararaq nağdlaşdırıb və şəxsi istifadəsi üçün xərcləyib.

Amal Şirinzadənin yaşadığı mənzilə baxış keçirilən zamanı iş üzrə əhəmiyyət kəsb edən elektron məlumatlar, istifadəsində olan mobil telefon, həmçinin digər məlumat daşıyıcıları aşkar olunaraq götürülüb.

Qeyd olunan faktın tam, hərtərəfli araşdırılması istiqamətində araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş