Şəhid Elvin Abdurahmanovun xatirəsi anılıb - FOTO

Cəmiyyət

01.10.2021 - 19:34

Həkimlər Klinikalar SEO Xidməti

Vətən müharibəsi şəhidi doğum günündə məzarı başında anılıb

Bu gün Vətən müharibəsi şəhidi, Qəbələ rayonunun Əmirvan kəndindən olan Elvin Abdurahmanovun doğum günüdür.

Qəbələ Rayon İcra Hakimiyyətindən AYNA-ya verilən məlumata görə, şəhidin doğum günü ilə əlaqədar icra hakimiyyətinin, rayon Təhsil Şöbəsinin nümayəndələri, şəhidin təhsil aldığı məktəbin kollektivi, döyüş yoldaşları və ailə üzvləri Elvin Abdurahmanovun məzarını ziyarət ediblər.

Anım tədbirində 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən, Xüsusi Təyinatlı Qüvvələrin giziri Elvin Abdurahmanovun keçdiyi şərəfli döyüş yolundan, qəhrəmanlığından söz açılıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi xüsusi vurğulanıb.

Şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Şəhid Elvin Abdurahmanovun xatirəsi anılıb - Şəhid Elvin Abdurahmanovun xatirəsi anılıb - Şəhid Elvin Abdurahmanovun xatirəsi anılıb -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş