Məmurlarımızın “İşdə məhəbbət macərası” – <font color=red> AXI NİYƏ?!</font>

Cəmiyyət

02.09.2019 - 10:09

Jurnalistlərə “konkret rədd ol” deyən Əli İnsanovun, sonradan məhkəmədə onlara minntədarlıq bildirməsini nə tez unutdunuz…

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək, imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

Qəribə zəmanəyə gəlib çatmışıq. Hamı bir-birinə məsləhət verir. Çörəkçiyə çörəyi necə bişirməyi, məşqçiyə komandanı necə hazırlamağı, futbolçuya necə oynamağı, sürücüyə necə maşın sürməyi, dərziyə necə paltar tikməyi və jurnalistə necə yazmağı, nədən və nə zaman yazmağı məsləhət görür hamı. Düzdür, atalarımızın gözəl misalı var ki, məsləhətli don gen olar və etiraf edirik ki, sıralarımızda kifayət qədər qeyri-peşəkarlar var, amma daha bu boyda da yox!

 

Axı bu məsləhət görənlərin özləri özlərinə aid işlərin, öz vəzifələrinə aid məsələlərin öhdəsindən lazımi səhiyyədə gələ bilmirlər. Amma necə deyərlər, özlərinə umac ova bilmədikləri halda başqalarına əriştə kəsirlər. Biri deyir, “Bakıda yağış yağıb, amma yazmayın ki, şəhəri su basıb, yazın ki, bütün strukturlar öz işlərinin öhdəsindən gəlir”. Maraqlıdır, bu yazını maşını qapının yarısına qədər suda olan, probkada oturan sürücü telefonla girib oxuyandan sonra müəllifin var-yoxu barədə nə fikirləşər? Bu hissəsi ƏMR sahiblərini maraqlandırmır, təbii ki!

 

Və ya Azərbaycancanın yaxın və ya qonşu ölkələrində baş verən hadisələrə münasibət bildirən yazıların bu ölkələrlə münasibətlərə xələl gətirə biləcəyi baxımından izah etməklə, verilməməsini tövsiyyə edənlər niyə anlamırlar ki, bu yolla siz ölkəmizi hansısa ölkə ilə danışıqlarda dişsiz və zəif vəziyyətə salırsız. Axı niyə? Axı sabah həmin o qonşu ölkələrin mətbuat orqanları hakimiyyətimizi avtoritar, Qarabağımızı erməni torpağı adlandıranda, layiqli cavab verməyə bir güclü sayt, agentlik tapılmayacağını indidən görməmək mümkün deyil. Bunu qəsdən edirsiz, ya siyasi naşılıqdan?!    

 

Ötən həftə jurnalistlərə məsləhət verənlərin biri də artdı. Özü də adam o qədər ürəkdən danışırdı ki, onun səmimiliyinə, bu dövlətə doğurdan da can yandırdığına inanmamaq mümkün deyildi. Kaş ki, belə olaydı, amma...

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) sədri Saleh Məmmədov Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edib. O, məşhur sovet filmi “İşdə məhəbbət macərası”ndakı mühasib Şurıçka kimi, vətəndaşların dərdini dinlədikdən sonra və onların bəzi problemlərini öz məsləhətləri ilə həll etdikdən sonra keçir jurnalistləri tənqid etməyə:

Yoldaş Mircəfər