Gürcüstanda əhalinin 50 faizə yaxını turistlərdən xeyir götürür, bizdə isə 0.5 faizə yaxını

Cəmiyyət

30.07.2019 - 17:25

ATA rəhbəri: “Azərbaycanda turizm sahəsində monopoliya yoxdur, lakin qiymətlər bahadır, turistləri aldadırlar”

 

“Son illər Azərbaycana gələn turistlərin sayı kifayət qədər çoxalıb. Bunu şəhərə nəzər salmaqla görmək mümkündür. Artıq turistlər tək Bakı şəhərini görməklə kifayətlənmir, bölgələri də gəzirlər. Bu da ümumilikdə Azərbaycanda turizmin inkişafına səbəb olur. Amma bu inkişafa mane olan olan amillər də az deyil”.

 

AYNA xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O bildirib ki, Azərbaycanda turizmin bir çox problemi var: “Amma ən fundamental problem odur ki, turizm xalqın biznesinə çevrilməyib, kütləvi gəlir yeri olmayıb, rəqabətli mühit yaranmayıb. Bu səbəbdən də turistlərə normal münasibət də yoxdur”.

Təranə Xudabaxşiyeva