Şəhid ailəsinin evi uçmaq üzrədir - VİDEO

Cəmiyyət

11.09.2022 - 16:36

Həkimlər Klinikalar SEO Xidməti

Çatlar genişlənib və evin təhlükəli vəziyyətə düşməsinə səbəb olub

Vətən müharibəsi şəhidinin atasının yaşadığı ev uçmaq təhlükəsi ilə üz-üzədir. AYNA “Baku” TV-yə istinadən bildirir ki, 2019-cu ildə Şamaxıda baş verən zəlzələ zamanı evdə kiçik çatlar yaranır.

Daha sonra bu çatlar genişlənib və evin təhlükəli vəziyyətə düşməsinə səbəb olub.

Qəzalı vəziyyətə düşən evlə bağlı aidiyyəti qurumlardan cavab alan ata çarəsiz vəziyyətdə qalıb.

İki nəfərdən ibarət İsayevlər ailəsi iki ildən çoxdur sözügedən evdə yaşayırlar.

Səfər İsayev qurumların ailənin müraciətlərinə baxmadığını bildirib: “Dərdimizi hara deyiriksə, səsimizə səs verən yoxdur”.

Qeyd edək ki, sözügedən ailə 1992-ci ildə Qarabağ müharibəsi zamanı şəhid olan Bəxtiyar İsayevin ailəsidir. O, Tərtərdə Talış istiqamətində gedən gərgin döyüşlər zamanı şəhid olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş