Vaxtımız məhduddur"/>

"Qara saziş"i pozan tapılacaqmı - <font color=red> Vaxtımız məhduddur</font>

Cəmiyyət

11.11.2019 - 13:47

İqtidarın böyük islahatçı kimi tarixə düşmək şansı var, amma vaxt çox azdır

 

Prezidentin son zamanlar həyata keçirdiyi tədbirlər ümidvericidir. Gözləmək olar ki, ölkənin kadr siyasətində yaxşılığa doğru yeni, daha ciddi və daha səmərəli addımlar atılacaq. Məmur özbaşınalığına son qoymağın vaxtı çoxdan çatıb. Bütün sahələrdə, xüsusilə də hüquq-mühafizə orqanlarında dərin islahatlar aparmağa böyük ehtiyac var.

 

Heç kim üçün sirr deyil ki, bu gün cinayətkarlığa qarşı mübarizə aparmağa, qanunları və vətəndaşların hüquqlarını qormağa borclu olan məmurların bir qismi, bəlkə də böyük qismi, cinayətkarlarla bir səngərdə “çalışır”. Layiq olduqları cəzanı almayan cinayətkarlar özlərini cəzasızlıq mühitində çox rahat hiss edirlər, qanunları çəkinmədən pozur, vətəndaşların hüquqlarını nümayişkarcasına tapdalayırlar.

Ayna.az