“Azərbaycanda vəkil müvəkkilinə bir faiz də zəmanət verə bilmir ki, hakim nə qərar çıxaracaq”

Cəmiyyət

30.07.2019 - 12:41

Əkrəm Həsənov: “Məhkəmə sistemi bərbad olan ölkədə normal vəkillik ola bilməz”

 

“Vəkillik yeganə peşədir ki, onun sahibləri məmur ola bilməz. Bu mənada vəkillik vətəndaş cəmiyyətinin ən vacib sütunudur. Nə ilkin və üstündür: dövlət, yoxsa hüquq? Məmurlar dövlətin, vəkillər isə hüququn ilkin və üstün olduğunu hesab edir. Bu kontekstdə dövlət və vəkillik əbədi mübarizəyə məhkumdur. Hətta Azərbaycan kimi hüquqi dövlət idealından xeyli uzaq olan məmləkətdə”.

 

AYNA xəbər verir ki, bu barədə şəxsi “Facebook” səhifəsində tanınmış hüquqşünas Əkrəm Həsənov fikirlərini paylaşıb. O yazıb ki, bu gün 100 illiyi tamam olan milli vəkillik instiututu hələlik cəmiyyətdə layiqli yerini tuta bilməyib: “Bunun bir sıra obyektiv və subyektiv səbəbi var. Onların aradan qaldırılması üzrə real işlər yalnız son il yarım ərzində görülür. İlk nəticələr artıq var, lakin görülməli işlər qat-qat çoxdur”.

Ayna.az