Seçkilərdə saat 15:00-a olan seçici fəallığı açıqlanıb

Xəbərlər

01.09.2024 - 16:07

cedabet dərman SEO Xidməti

"Bu saata kimi seçicilərin 29,43 faizi səsvermə hüququndan istifadə edib"

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkisi üzrə səsvermədə saat 15:00-a olan seçici fəallığı açıqlanıb.

"Bu saata kimi seçicilərin 29,43 faizi səsvermə hüququndan istifadə edib".

AYNA xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında məlumat verib.

Bu saata hesabat vermiş seçki məntəqələrinin sayı 6 478, hesabat vermiş seçki dairələrinin sayı 125, səs vermiş seçicilərin sayı isə 1 893 555 nəfərdir.

Qeyd edək ki, bu gün Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə parlament seçkisi keçirilir.

Seçki saat 19:00-da yekunlaşacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş