"Malibu"nun rəhbəri: "Bizim istirahət mərkəzində dava düşməyib"

Xəbərlər

29.08.2019 - 17:21

Rüfət Nəsilzadə: ""Malibu"nun ərazisində döyülmə faktı qeydə alınmayıb"

 

Bir neçə gün öncə “Malibu” istirahət mərkəzində hökm sürən xoşagəlməz vəziyyətlə bağlı AYNA-da reportaj yayımlamışdıq. Həmçinin onu da qeyd etmişdik ki, istirahət mərkəzindəki vəziyyətə etiraz edən bir nəfər “Malibu”nun əməkdaşları tərəfindən döyülüb.

 

Ancaq baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanlarından təffərrüatlı məlumat almağımız mümkün olmamışdı.

 

Bu gün, “Malibu”nun direktoru olduğunu deyən Nəsilzadə Rüfət Ələkbər oğlu redaksiyamızla əlaqə saxladı. O, istirahət mərkəzinin ərazisində döyülmə faktı olmadığını bildirərək, reportajda qeyd olunan hadisəni təkzib etdi: "Bizim ərazimizdə hər hansı dava olmayıb və kimsə döyülməyib. Əgər belə bir hadisə baş veribsə, bizim ərazimizdən kənarda baş verib".

Müəllif: Ayna.az