Zelenski: “Avropalılar söz sahibi olacaqlar”

Dünya

13.11.2026 - 16:27

“Avropanın iştirakı ilə yeni danışıqlar raunduna hazırlıq aparılır”

Ukrayna Prezidenti Volodimir Zelenski sülh danışıqları ilə bağlı yeni razılaşmaları açıqlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

“Avropalılar söz sahibi olacaqlar. Bu, bizim üçün vacibdir, çünki Avropada müharibə gedir”, - deyə Zelenski qeyd edib.

Ukrayna liderinin sözlərinə görə, danışıqların əsl nəticəsi əsir mübadiləsi barədə razılaşma olub. O qeyd edib ki, bu, 1000 ukraynalının geri qaytarılması ilə nəticələnəcək.

Qeyd edək ki, 10 və 11 noyabr tarixlərində Əbu- Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında üçtərəfli danışıqlar keçirilib . 12 noyabrda Rusiya Prezidenti Vladimir Putin Kremldə ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner ilə görüşüb və danışıqların uğurunu yüksək qiymətləndirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş