Şagirdin döyülməsinə görə direktor və müavini cəzalandırılıb

Xəbərlər

19.03.2021 - 15:24

Direktora töhmət verilib və o vəzifəsindən azad edilib

 

Bakıda sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində müəllimin şagirdi döyməsi məsələsi araşdırılıb.

 

AYNA-nın xəbərinə görə, Təhsil Nazirliyindən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə internat məktəbinin direktor müavini işdən azad olunub. Bundan başqa, direktora töhmət verilib.

 

Qeyd edək ki, şagirdi döydüyü bildirilən 55 yaşlı Q.Qasımov ilə bağlı Nərimanov rayon 16-cı Polis Bölməsində araşdırmalara başlanılıb.

Müəllif: Ayna.az