Yeni qatarın fəaliyyətə başlayacağı tarix açıqlanıb

Xəbərlər

28.11.2019 - 19:27

Hələlik gün ərzində Bakıdan Pirşağıya və Pirşağıdan Bakıya 8 qatar hərəkətdə olacaq

 

Dekabrın 2-dən Bakı-Pirşağı-Bakı qatarı hərəkətə başlayır. Bu barədə AYNA-ya “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

 

Bildirilib ki, Sabunçu-Pirşağı-Sabunçu sahəsində infrastrukturun əsaslı təmir işlərinin başa çatması ilə əlaqədar, bu istiqamətdə hərəkət edən  elektrik qatarının marşrutu Pirşağı stansiyasına kimi uzadılır. Hələlik gün ərzində Bakıdan Pirşağıya və Pirşağıdan Bakıya 8 qatar hərəkətdə olacaq.

 

Bakı-Pirşağı-Bakı marşrutu üzrə elektrik qatarının tarif cədvəlini təqdim edirik:

Ayna.az