Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

30.08.2021 - 14:39

Bakıda 36 dərəcə isti gözlənilir

 

Avqustun 31-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-26, gündüz 32-36, Bakıda gecə 24-26, gündüz 34-36 dərəcə olacaq.

 

Atmosfer təzyiqi  normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 60-70 %, gündüz 40-45 % olacaq.

 

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Dəniz suyunun temperaturu:  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 26-27 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə olacaq.

 

Tibbi-meteoroloji proqnoza gəlincə, sabah Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim  tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz. Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 14-19, gündüz  24-29 dərəcə olacaq.

Müəllif: Ayna.az