Bəzi ərazilərdə yağış yağacağı gözlənilir

Xəbərlər

17.10.2019 - 13:49

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 23-26, Bakıda gecə 16-18, gündüz 24-26 dərəcə isti təşkil edəcək

 

Bakıda və Abşeron yarımadasında oktyabrın 18-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-qərb küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 23-26, Bakıda gecə 16-18, gündüz 24-26 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz olacaq.

 

Azərbaycanın rayonlarında

 

Hava əsasən yağmursuz keçəcək. Lakin Lənkəran-Astara zonasında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-17, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 17-22 dərəcə isti təşkil edəcək.

 

Tibbi-meteoroloji proqnoz

 

Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.

Müəllif: Ayna.az