Rusların 31 faizi Putinə etimad göstərmir – <font color=red> SORĞU</font>

Dünya

18.12.2020 - 12:39

Həkimlər Klinikalar SEO Xidməti

Rusiya əhalisinin 58 faizi Prezidenti dəstəkləyir

 

Rusiyanın İctimai Rəy Fondu Prezident Vladimir Putinlə bağlı keçirdiyi sorğunun nəticələrini açıqlayıb. AYNA Rusiya mediasına istinadən bildirir ki, rusların 58 faizi Putini dəstəkləyir.

 

Rəyi soruşulanların 31 faizi ona etimad bəsləmir. 12 faiz isə suala cavab verməyə çətinlik çəkib.

 

Respondentlərin 61 faizinin qənaətində, Prezident postunda yaxşı işləyir, 24 faizi isə bunun əksini düşünür. Suala cavab verməyə çətinlik çəkənlər 15 faizdir.

 

Qeyd edək ki, sorğu dekabrın 11-13-ü aralığında təsadüfi nömrələr seçilərək telefon vasitəsilə aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş