Rusiyanın baş ravvini koronavirusa yoluxub

Dünya

07.06.2020 - 20:51

Lazar həkimlərin nəzarəti altındadır

 

Rusiyanın baş ravvini Berel Lazar koronavirusa yoluxub. AYNA bu barədə TASS-a istinadən xəbər verir. Xəbərdə qeyd olunub ki, hazırda Lazar həkimlərin nəzarəti altındadır. Lazarın səhhəti çox pis deyil.

 

Qeyd edək ki, may ayında Şimali Osetiyada Müsəlmanların Ruhani İdarəsinin sədri Hacimurat Qatsalovun koronavirusa yoluxduğu xəbər verilmişdi. Bundan əvvəl isə Qafqazdakı iki respublikanın müftilərində, Qaraçay-Çərkəzdə İsmayıl Berdiyev və Dağıstanda Əhməd Abdulayevdə koronavirus testi müsbət çıxmışdı.

 

Xatırladaq ki, Rusiyada iyunun 7-ə olan statistikaya görə, koronavirusa yoluxanların ümumi sayı 467 mini keçib. Təsdiq edilmiş COVID-19 olan xəstələr arasında 5 min 859 ölüm qeyd edilib, 226 min 731 nəfər sağaldı.

Müəllif: Ayna.az