Belçika hüquq-mühafizə orqanları rusiyalı diplomatı barədə araşdırma aparır
Belçika Dövlət Təhlükəsizlik Xidməti Rusiyanın Avropa İttifaqındakı (Aİ) daimi nümayəndəsi vəzifəsini icra edən Kirill Loqvinovu casusluqda və Rusiyanın Xarici Kəşfiyyat Xidmətində işləməkdə şübhəli bilir. AYNA xəbər verir ki, bu barədə “Der Spiegel” qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Belçika hüquq-mühafizə orqanları rusiyalı diplomatı Avropa maraqlarına zidd olan qeyri-qanuni fəaliyyətdə şübhəli bilir və hazırda onun barəsində araşdırma aparılır.
Aİ diplomatik mənbələrinin məlumatına görə, 2022-ci ildə Belçika kəşfiyyatı Loqvinovun persona non-qrata olacaq və ölkədən qovulacaq agentlər siyahısına daxil edilməsində israr etmişdi. Lakin Aİ-nin xarici siyasəti Rusiyadakı nümayəndələri üçün mənfi nəticələrdən qorxaraq bunu qadağan etdi.