Rusiyalı yazıçı Nikolay Yutanov vəfat edib

Dünya

25.12.2023 - 09:37

cedabet dərman SEO Xidməti

Elmi fantastika yazıçısı və naşir 64 yaşında dünyasını dəyişib

Rusiyalı elmi fantastika yazıçısı və naşir Nikolay Yutanov Sankt-Peterburqda vəfat edib. AYNA xəbər verir ki, bu barədə fantaziya ədəbiyyatı tədqiqatçısı Andrey Ermolayev “Vkontakte” sosial şəbəkəsindəki hesabında bildirib.

“Terra Fantastica” nəşriyyatının yaradıcısının 64 yaşı olub. Onun ölümünə səbəb kimi, ürək xəstəliyi göstərilib.

Yutanov öz kitablarından əlavə, ingilis dilindən elmi fantastika klassiklərinin tərcümələri ilə də məşhur olub. Ədəbi fəaliyyəti ilə yanaşı, Yutanov astronom və futuroloq kimi də tanınıb. Onun rəhbərliyi ilə Rusiya Elmi Fantastika Yazıçılarının Konqresi və Gələcəyin Forumu konfransı keçirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş