47 yaşlı pilotun cəsədi otelin yaxınlığında aşkarlanıb
Rusiyalı pilot ABŞ-da ölü tapılıb. AYNA oxu.az-a istinadən bildirir ki, hadisə dekabrın 29-da Florida ştatının Mayami şəhərində Ramada çimərlik kurortunda baş verib.
47 yaşlı pilotun cəsədi Rusiyadan gələn heyət üzvlərinin adətən yerləşdiyi “Ramada Beach Resort” otelinin yaxınlığında sahildə aşkarlanıb.
Pilotun ABŞ-a bir gün əvvəl, dekabrın 28-də gəldiyi və yenidən Rusiyaya getməli olduğu vurğulanır.
Onun ölümünün səbəbi araşdırılır.