“10 faiz xam neft idxalını digər istiqamətlərlə əvəz edəcəyik”
Rusiya Polşaya neft tədarükünü dayandırıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Polşanın “Orlen” neft emalı kompaniyasının rəhbəri Daniel Obaytek deyib.
“Moskva Polşaya neft tədarükünü dayandırıb. Onsuz da biz buna tam hazırdıq. Rusiyadan ölkəyə yalnız 10 faiz xam neft idxal olunurdu. Onu da digər istiqamətlərlə əvəz edəcəyik”, - deyə Obaytek vurğulayıb.