COVID-19-a yoluxanların sayı 1 milyon 513 min 877 nəfərə çatıb
Rusiyada son sutka ərzində daha 16 min 710 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub. Bu barədə AYNA Rusiya mətbuatına istinadən bildirir.
Ölkənin Operativ Qərargahından verilən məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 milyon 513 min 877 nəfərə çatıb.
Son sutka ərzində 229 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 26 050 nəfərə çatıb.