Rusiyada koronvirusla bağlı son vəziyyət açıqlanıb

Dünya

09.01.2021 - 14:46

İndiyədək Rusiyada koronvirusdan 61 381 nəfər ölüb

 

Rusiyada son bir gündə daha 23 309 nəfərə COVID-19 diaqnozu qoyulub. AYNA xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

 

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 379 103 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 470 nəfər artaraq 61 381-ə yüksəlib.

 

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 2 754 809 nəfər sağalıb.

Müəllif: Ayna.az