Rusiyada koronavirusla bağlı son vəziyyət

Dünya

05.08.2020 - 15:49

Həkimlər Klinikalar SEO Xidməti

Rusiyada koronavirusa yeni yoluxanların 25,8 faizində simptom aşkar edilməyib 


Rusiyada son 24 saat ərzində COVID-19-a yoluxanların sayı 7 min 555 nəfər artaraq 866 min 627-ə yüksəlib. AYNA xəbər verir ki, bu barədə Rusiya Koronavirus İnfeksiyasına Nəzarət və Profilaktika Mərkəzindən xəbər verilib. 

 

Bununla yanaşı, ölkədə son sutka ərzində ölənlərin sayı da 139 nəfər artaraq 14 min 490-a, sağalanların sayı isə 7 min 555 nəfər artaraq 669 min 26-a çatıb. 

 

Məlumata görə, virusa yeni yoluxanların 25,8 faizində koronavirusun heç bir simptomu tapılmayıb. 

 

Qeyd edək ki, Rusiyada ilk COVID-19 hadisəsi yanvarın 31-də, ilk ölüm isə martın 19-da baş verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş