Rusiyada kinoteatrlar açılır

Dünya

28.05.2020 - 14:07

“Rospotrebnadzor” və Mədəniyyət Nazirliyinin tövsiyələrinə əməl edilməlidir

 

Rusiyadakı kinoteatrlar regional hakimiyyət orqanlarının icazəsi ilə işə başlaya bilərlər. Amma onlar “Rospotrebnadzor” və Mədəniyyət Nazirliyinin tövsiyələrinə əməl etməlidirlər. AYNA xəbər verir ki, bu barədə “Rospotrebnadzor”un saytında məlumat yerləşdirilib.

 

Məlumatda deyilir ki, kinoteatrlarda insanlar arasında ən az 1,5 metr məsafə qorunmalıdır. Seanslar arasındakı fasilələr ən azı 30 dəqiqə olmalıdır, bu müddət ərzində otaqlar və səhnə dezinfeksiya edilməlidir.

 

"Təcrübəmiz göstərir ki, bütün bu tövsiyələrə aydın şəkildə əməl edildikdə, yoluxma riskləri minimuma enir”, - deyə “Rospotrebnadzor”un rəhbəri Anna Popova bildirib.

 

Qeyd edək ki, mayın 16-da Kalininqrad və Novosibirskdə kinoteatrlar açılıb.

 

Xatırladaq ki, koronavirus səbəbindən mart ayının sonundan etibarən Rusiyadakı bütün kinoteatrlar bağlanıb.

Müəllif: Ayna.az